Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "AN-32" tipli hərbi nəqliyyat təyyarəsi ölkənin Assam ştatının Jorhat bölgəsində qəzaya uğrayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə hava bazası yaxınlığında, təyyarənin enişə hazırlaşdığı zaman baş verib.
İlkin məlumatlara görə, təyyarə hələlik müəyyən edilməyən səbəblərdən yerə çırpılıb.
Hindistan Hərbi Hava Qüvvələrinin yaydığı rəsmi bəyanatda təyyarədə olan 5 hərbçinin həyatını itirdiyi təsdiqlənib.
Qəzanın dəqiq səbəblərini araşdırmaq məqsədilə xüsusi istintaq komissiyasının yaradıldığı bildirilib.