"Fiorentina"nın baş direktoru Cüzeppe Barone vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Barone uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.O, Milandakı "San-Rafaele" xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, Barone 2019-cu ildən klubda çalışırdı.