Operativ Məlumat Mərkəzi

Finlandiyada tətilə görə avtobusların hərəkəti dayandırıla bilər

1 dəq
Paylaş:
Finlandiyada tətilə görə avtobusların hərəkəti dayandırıla bilər
bu barədə yerli “Yle” nəşri avtobus marşrutlarına xidmət göstərən “Koiviston Auto” nəqliyyat şirkətinin prezidenti Harri Saarenpaya istinadən məlumat...

Həmkarlar ittifaqının tətili ilə əlaqədar yanacaqdoldurma məntəqələrində yanacaq çatışmazlığı səbəbindən Finlandiyanın bir çox bölgəsində avtobusların hərəkəti dayandırıla bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli “Yle” nəşri avtobus marşrutlarına xidmət göstərən “Koiviston Auto” nəqliyyat şirkətinin prezidenti Harri Saarenpaya istinadən məlumat yayıb.

Baş direktorun sözlərinə görə, Finlandiyanın Neste neft emalı şirkəti öz şirkətinə bildirib ki, tətil səbəbindən yanacaqdoldurma məntəqələrini yanacaqla təmin etmək mümkün deyil. Helsinki metropolitenində sabaha qədər yanacaq qurtaracaq və həftənin sonuna qədər ərazidəki bütün avtomobillər hərəkətini dayandıracaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər