Operativ Məlumat Mərkəzi

Finlandiya və Estoniya arasındakı qaz kəməri bağlanıb

1 dəq
Paylaş:
Finlandiya və Estoniya arasındakı qaz kəməri bağlanıb
tərəflər təxribatdan şübhələnirlər, lakin hələlik heç bir işartı yoxdur. Finlandiya tərəfinin açıqlamasına görə, qaz kəməri xarici təsir nəticəsində...

Finlandiya və Estoniya arasında olan "Balticconnector" sualtı qaz kəməri təzyiqin düşməsi səbəbindən bağlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tərəflər təxribatdan şübhələnirlər, lakin hələlik heç bir işartı yoxdur.

Finlandiya tərəfinin açıqlamasına görə, qaz kəməri xarici təsir nəticəsində zədələnib. Rəsmilər şərhlərində ehtiyatlı davranırlar, lakin Bloomberg yazır ki, əsas versiya məhz təxribatdır.

Hadisədən sonra Avropada qazın qiyməti 12% artaraq 1000 kubmetr üçün 534 dollara çatıb. "Balticconnector" Estoniya və Finlandiyanın qaz nəqli şəbəkələrini birləşdirir və regional qaz bazarının əsas elementidir.

Bu məsələ ilə bağlı axşam saatlarında böyük mətbuat konfransı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər