Operativ Məlumat Mərkəzi

Filippində vulkan püskürməsi nəticəsində 800-ə yaxın insan təxliyə edilib

1 dəq
Paylaş:
Filippində vulkan püskürməsi nəticəsində 800-ə yaxın insan təxliyə edilib
bu barədə xarici KİV məlumat yayıb. Filippin Vulkanologiya və Seysmologiya İnstitutundan bildirilib ki, Milli Fəlakət Riskinin Azaldılması və İdarə...

Filippinin Neqros adasındakı Kanlaon vulkanının püskürməsindən sonra ərazidən təxminən 800 nəfər təxliyə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutundan bildirilib ki, Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurası və Sosial Rifah və İnkişaf Departamenti vəziyyətə ciddi diqqət yetirilib və zərər çəkmiş Neqros adasının sakinlərinə təcili yardım göstərilib. Ümumilikdə 13 min insanın bölgədən təhlükəsiz yerlərə təxliyə edildiyini bildirilib.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun prezidenti Teresito Bakolkol verdiyi açıqlamada dünənki partlayışın külünün 10 kilometrə qədər uzağa çatdığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər