Operativ Məlumat Mərkəzi

Filippində daha bir zəlzələ qeydə alınıb

1 dəq
Paylaş:
Filippində daha bir zəlzələ qeydə alınıb
bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri təxminən 5 min əhalisi olan Siokondan 7 km şimal-şərqdə, ocağı isə...

Filippində Mindanao adasının qərb hissəsində 5,5 maqnitudalı yeraltı təkan qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 5 min əhalisi olan Siokondan 7 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə olub.

ABŞ Geoloji Xidmətinin qiymətləndirmələrinə görə, zəlzələnin maqnitudası 5,4 olub. Seysmik hadisənin episentri isə adanın sahilləri yaxınlığında Sulu dənizinin akvatoriyasında yerləşib.

Bundan əvvəl Filippində 5,7 maqnitudalı zəlzələ qeydə alınmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər