Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fidan: “Türkiyə hər zaman özünü qorumağa qadirdir”

2 dəq
Paylaş:
Fidan: “Türkiyə hər zaman özünü qorumağa qadirdir”

Türkiyənin Xarici İşlər Naziri Ankara nümayəndələri ilə keçirilən iftar proqramında regionda artan və qlobal sabitliyə yönəlmiş təhdidlərlə bağlı genişmiqyaslı çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir xüsusilə ABŞ və İsrailin İrana qarşı hücumlarının regiondakı təsirlərini qiymətləndirib.

Fidan qeyd edib ki, hazırda ən mənfi ssenari münaqişənin genişlənərək bütün regionu əhatə edən qeyri-sabitlik mühitinə çevrilməsidir. O, məsələsinə toxunaraq bildirib:

"İrandan təbii qaz axınının kəsilməsi və ya Körfəz ölkələrindən enerji idxalında yaranacaq aksamalar qlobal enerji bazarı üçün ciddi riskdir".

Həmçinin Hürmüz boğazının bağlanma ehtimalının dünya maliyyə bazarlarında böyük dalğalanmalara səbəb ola biləcəyi vurğulanıb.

Nazir Türkiyənin prioritetləri barədə danışarkən qeyd edib ki, tərəfləri yenidən dialoqa çağırmaq üçün intensiv iş aparır.

İranın regiondakı ABŞ bazalarını hədəf alması və ya Kipr adasına mümkün təsirləri barədə sualları cavablandıran Fidan, Türkiyənin hər hansı bir təhdidə qarşı özünü qorumaq üçün lazımi iradə və potensiala sahib olduğunu qətiyyətlə bildirib. O, həmçinin Qəzzadakı vəziyyətin bu münaqişələrdən mənfi təsirləndiyini və humanitar yardımların davam etdirildiyini əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax