Əsas məzmuna keç

Fidan: İsrailin Qəzzada yenidən hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı narahatlıq var

Fidan: İsrailin Qəzzada yenidən hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı narahatlıq var

naziri bildirib ki, məhbus mübadiləsi başa çatdıqdan sonra İsrailin Qəzzada əməliyyatlara yenidən başlayacağına dair qeyri-müəyyənlik var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hakan Fidan Misirin xarici işlər naziri Bədr Ata ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

"Beynəlxalq ictimaiyyət Qəzzada atəşkəsin daimi olması üçün hərəkətə keçməlidir. siyasi bürosunun üzvləri ilə görüşüm oldu. HƏMAS atəşkəs razılaşmasına əməl etməkdən çəkinmir. Bununla belə, İsrail hökumətinin mövqeyinin necə olacağı ilə bağlı bəzi suallar var", - deyə Fidan qeyd edib.

Onun sözlərinə görə, İsrailli girovların azad edilməsindən sonra Netanyahunun yenidən döyüşlərə başlaması ehtimalı hamını narahat edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…