Əsas məzmuna keç

FHN: “Zavodda yanğının söndürülməsinə 25 texnika, 100-dən çox şəxsi heyət cəlb edilib”

FHN: “Zavodda yanğının söndürülməsinə 25 texnika, 100-dən çox şəxsi heyət cəlb edilib”

bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda yanan kürə...

“Bu gün saat 11:16 radələrində Dövlət Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda yanğın baş verməsi haqqında Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda yanan kürə tipli neft çənidir: “Həcmi 600 litrdir".

“Kürənin hissəsində nəfəsalma klapanları var. Həmin klapanlar da benzindir. Benzin məhsulunun parları alışır. Hazırda çənin içərisində 60 faiz məhlul var. Mütəxəssislər tərəfindən neftin çəkilməsi prosesi gedir. Çəkilmə prosesi isə saatda 25 tona bərabərdir. Bu proses təxminən 6-7 saat çəkəcək. Tərəfimizdən yanan çənin və qonşu çənlərin soyudulması həyata keçirilir. Yanğın ərazisində 25 əsas və xüsusi texnika fəaliyyət göstərir. 100-dən çox şəxsi yanğının söndürülməsinə cəlb edilib”, - rəsmisi vurğulayıb.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…