Əsas məzmuna keç

FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib

FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib

Fövqəladə Hallar Nazirliyi Yeni il ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərər görə, müraciətdə bildirilir ki, Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə müxtəlif məkanlarda, o cümlədən restoran və zallarında, evlərdə toplanması, bayramın əsas simvolu olan ağaclarının quraşdırılaraq işıqlandırılması və digər hallar yanğın təhlükəsini artırır.

Qeyd edilib ki, bu zaman kiçik ehtiyatsızlıq və ya diqqətsizlik bayram ab-havasının pozulmasına, acı nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək Yeni il bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Bildirilib ki, evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı, işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, bunlar nəzarətsiz qoyulmamalıdır. Eyni zamanda ağac tezalışan oyuncaqla bəzədilməməli və pirotexniki vasitələrdən istifadə olunmamalıdır: "Bir daha xatırladırırıq ki, bayram şənliyinin təşkili üçün seçilən məkanlar müvafiq yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməlidir. Təhlükə zamanı 112-yə zəng edin!".

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 32 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 33 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 85 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…