FHN sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib

FHN sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib
04.12.2023 13:14
Aa
dəq

Fövqəladə Hallar Nazirliyi bir sıra sosial şəbəkə səhifələrində Bakı şəhərində inşası aparılan çoxmərtəbəli yaşayış binasının monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığının 10sm və örtük tavasının alt və üst torlarına aid armaturların diametrinin 8mm olmasının iddia edildiyi videoya münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in verdiyi xəbərə əsasən, nazirlikdən bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2036-cı məhəllədə qanunvericiliyin tələbləri gözlənilməklə "TRVEGE" MMC tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Ekspertiza Baş İdarəsi tərəfindən təsdiq edilmiş layihə əsasında aparılır.

"Belə ki, həmin layihə sənədlərində monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığı 16sm və örtük tavasının alt və üst torlarının armaturlarının diametri 10mm göstərilib və tikinti işləri layihə sənədlərinə tam uyğun olaraq yerinə yetirilir. Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, obyektə Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən bütün mərhələlər üzrə dövlət nəzarəti həyata keçirilir".

Məlumatda qeyd olunub ki, sosial şəbəkə səhifəsində məlum videonu paylaşan və sözügedən tikinti obyektində fəhlə kimi çalışan Elşən Eyvazov həmin videonu səhifəsində əlavə izləyici kütləsi qazanması və tikinti şirkəti ilə arasında gələcəkdə ehtimal etdiyi problemin qarşısının alınması məqsədilə qərəzli şəkildə hazırlayıb yaydığını etiraf edib.

Həftənin ən çox oxunanları

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
DAVAMIN OXU davamın oxu

8 noyabr prospektində görülən işlər nə vaxt yekunlaşacaq?

8 noyabr prospektində görülən işlər nə vaxt yekunlaşacaq?
DAVAMIN OXU davamın oxu

Azərbaycan xüsusi təyinatlıları təlimdə - VİDEO

Azərbaycan xüsusi təyinatlıları təlimdə - VİDEO
DAVAMIN OXU davamın oxu

Kərə yağı bahalaşıb?

Kərə yağı bahalaşıb?
DAVAMIN OXU davamın oxu