Əsas məzmuna keç

FHN: Ötən sutka 30 yanğına çıxış olub, 2 nəfər xilas edilib

FHN: Ötən sutka 30 yanğına çıxış olub, 2 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən ərzində 1-i azyaşlı olmaqla 2 nəfər xilas edilib, 1 nəfərin meyiti təhvil verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

FHN-nin “112” qaynar telefon xəttinə daxil zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 2 nəfər xilas edilib, 1 nəfərin meyiti təhvil verilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #fhn#sutka#olmuş
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…