FHN “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib

FHN “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib
17.02.2024 11:14
Aa
dəq

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, təlimə FHN-in Cənub Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsi və Dövlət Yanğından Mühafizə Xidməti Masallı rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvə və vasitələri cəlb olunub.

Təlimin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsi, xilasetmə işlərinin təşkili və aparılması qaydaları, nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı avtomobillərdə “baş vermiş” yanğını qısa müddətdə “söndürüb”, deformasiyaya uğramış avtomobillərdə sıxılı vəziyyətdə qalmış “zərərçəkmişləri” təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstərib”, habelə “cəsədi çıxararaq aidiyyəti üzrə təhvil verib” və qarşıya qoyulmuş digər tapşırıqları icra ediblər.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu