Xilasetmə qüvvələrinin növbəti qrupu ölkəyə qayıdıb - YENİLƏNİB

Xilasetmə qüvvələrinin növbəti qrupu ölkəyə qayıdıb - YENİLƏNİB
02.03.2023 17:06
Aa
dəq

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin daha 236 nəfərlik qrupu Vətənə qayıdıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, xilasedicilər üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib.

Tədbirdə FHN-nin Mülki müdafiə qoşunlarının komandanı general-leytenant İlham Abdullayev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov, Türkiyənin Azərbaycandakı səfirliyinin hərbi attaşesi general-mayor Zəkəriyyə Yalçın, general-mayor İlhan Şen, Media müşaviri Hüseyn Altınalan və mətbuat nümayəndələri iştirak ediblər.

15:23***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti qrupu bu gün təyyarə ilə Adana hava limanından Bakı şəhərinə yola düşüb.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, qüvvələri hava limanından İmamoğlu rayonunun rəhbəri Mehmet Aksu, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyindən fövqəladə və səlahiyyətli səfir Ayşe Saraç və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndəsi Cumhur Özkaptan yola salıblar.

Türkiyəli rəsmilər Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin hadisə bölgəsindəki fəaliyyətlərini yüksək peşəkarlıqla həyata keçirdiklərini qeyd edib, xilasedicilərin dağıntılar altında qalmış insanların xilas olunması üçün böyük fədakarlıq göstərdiklərini bildiriblər.

Rəsmilər göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.

Həftənin ən çox oxunanları

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib
DAVAMIN OXU davamın oxu

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb
DAVAMIN OXU davamın oxu

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək
DAVAMIN OXU davamın oxu

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır
DAVAMIN OXU davamın oxu

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb
DAVAMIN OXU davamın oxu