FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib
20.04.2024 11:43
Aa
dəq

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayon Bənövşələr kənd tam orta məktəbində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi mülki müdafiə məşqi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məşqin keçirilməsində məqsəd mülki müdafiə üzrə tədbirlər planının reallığının yoxlanılması, məktəb kollektivinə mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanması olub.

Məşqin nəzəri hissəsi çərçivəsində məktəb kollektivinə mülki müdafiənin əsas prinsipləri, fovqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib.

Tədbirin praktiki hissəsində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, “zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub.

Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Həftənin ən çox oxunanları

“Green card” müraciətlərinin nəticələri açıqlandı

“Green card” müraciətlərinin nəticələri açıqlandı
DAVAMIN OXU davamın oxu

Sabah bu yollar bağlı olacaq

Sabah bu yollar bağlı olacaq
DAVAMIN OXU davamın oxu

Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub

Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
DAVAMIN OXU davamın oxu

“Labirintdən çıxış”: Qızların təhsilə cəlbi məsələsi müzakirə edildi - FOTO

“Labirintdən çıxış”: Qızların təhsilə cəlbi məsələsi müzakirə edildi - FOTO
DAVAMIN OXU davamın oxu

Ötən ay 148 min nəfərdən çox aylıq müavinət alan olub

Ötən ay 148 min nəfərdən çox aylıq müavinət alan olub
DAVAMIN OXU davamın oxu