Əsas məzmuna keç

FHN-dən kəskin hava xəbərdarlığı

FHN-dən kəskin hava xəbərdarlığı

Milli Hidrometeorologiya Xidməti fevralın 20-dək temperaturun enəcəyi, güclü külək və yağıntı barədə anons yaydı. Nazirliyin həyati vacib qaydaları ilə tanış olun.

en ru

Fövqəladə Hallar Nazirliyi (FHN), ölkə ərazisində gözlənilən kəskin və təhlükəsi ilə əlaqədar əhaliyə təcili xəbərdarlıq edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, fevralın 20-si səhərədək bəzi ərazilərdə güclü külək əsəcək. Hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı və temperaturun ötən günlərlə müqayisədə 4-6 dərəcə gözlənilir.

Mövcud proqnozu nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhalini aşağıdakı təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:

Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq lazımdır. dirəyi, naqillər və hündür ağacların altında dayanmaq həyat üçün təhlükəlidir.

şəraiti yanğınların söndürülməsini çətinləşdirdiyi üçün yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçilərinin belə havada dənizə çıxması qadağandır.

Soyuq hava şəraiti ilə əlaqədar qaz və elektrik qızdırıcı cihazlarından istifadənin artması müşahidə olunur. Bu səbəbdən dəm qazı təhlükəsinə qarşı maksimum diqqətli olmaq tələb olunur.

Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməlidir. Elektrik şəbəkəsi həddindən artıq yüklənməməli və işlək vəziyyətdə olan cihazlar nəzarətsiz qoyulmamalıdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

FHN hər hansı təhlükə zamanı dərhal 112 qaynar xəttinə zəng etməyi tövsiyə edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…