"Ayaks"la müqaviləsini uzatmayan və ötən mövsüm "Fənərbaxça" ilə 2 illik müqavilə imzalayan Duşan Tadiçin müqaviləsi iyunun 30-da başa çatacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubu kapitanı ilə yeni müqavilə imzalayacaq.
Komandanın oynadığı 77 rəsmi matçın 76-da forma geyinən və 24 qol və 24 məhsuldar ötürmə ilə çıxış edən 36 yaşlı Tadiç 1+1 illik müqaviləyə "HƏ" deyib.
Səudiyyə Ərəbistanından da təklif alan, lakin Türkiyədə xoşbəxt olan təcrübəli futbolçunun seçimi ilin sonunda müəyyən sayda matça çata bilsə aktivləşəcək.
İlk ilində 56 rəsmi matçda forma geyinən, 16 qol vuran və 16 məhsuldar ötürmə ilə yadda qalan Tadiç bu mövsüm 20 matçda meydana çıxıb və 8 qol vurub, 8 məhsuldar ötürmə verib.