Operativ Məlumat Mərkəzi

“Fələstinin cəsur qızı” kimi tanınan Ahid ət-Təmimi saxlanılıb

1 dəq
Paylaş:
“Fələstinin cəsur qızı” kimi tanınan Ahid ət-Təmimi saxlanılıb
bu barədə Ahid Təmiminin anası Nəriman Təmimi məlumat verib. Nəriman Təmimi bildirib ki, İsrail qüvvələri Ramallahın Nebi Salih qəsəbəsindəki evlərinə...

“Cəsur fələstinli qız” kimi tanınan 23 yaşlı Ahid ət-Təmimi İordan çayının qərb sahilinin Ramallah şəhərində İsrail əsgərləri tərəfindən saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ahid Təmiminin anası Nəriman Təmimi məlumat verib.

Nəriman Təmimi bildirib ki, İsrail qüvvələri Ramallahın Nebi Salih qəsəbəsindəki evlərinə basqın edərək qızını aparıblar. İsrail əsgərləri basqın zamanı evlərinə ziyan vurub, istifadə etdikləri mobil telefonları müsadirə ediblər.

Ahid Tamiminin atası da bir neçə gün əvvəl İsrail qüvvələri tərəfindən saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər