"İsrail Beynəlxalq Ədalət Məhkəməsindəki (ICJ) işi lazımi səviyyədə qiymətləndirməyib və Fələstin xalqına qarşı qırğınlarını artırmağa davam edir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Açıqlamada, Xan Yunus, Rəfah şəhərləri və Zolağın mərkəzi hissəsində gərginliyin artmaqda davam etdiyi və son 24 saat ərzində gərginliyin artdığı vurğulanıb. İsrailin BƏM-dəki işi lazımınca qiymətləndirmədiyi və Fələstin xalqına qarşı qırğınlarını artırmağa davam etdiyi bildirilib.