Operativ Məlumat Mərkəzi

Fələstin: "İsrail İordan çayının qərb sahilini və Şərqi Qüdsü əsl hərbi kazarmaya çevirir"

2 dəq
Paylaş:
Fələstin: "İsrail İordan çayının qərb sahilini və Şərqi Qüdsü əsl hərbi kazarmaya çevirir"
bu barədə xarici KİV məlumat yayıb. Açıqlamada, Təl-Əviv rəhbərliyinin də Ramazan ayının gəlişini əsas gətirərək Qüds şəhərinə minlərlə hərbi və polis...

Fələstin Xarici İşlər Nazirliyi İsrailin Fələstin xalqını cəzalandırmaq üçün işğal altındakı İordan çayının qərb sahili və Qüdsü hərbi kazarmalara çevirdiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Açıqlamada, Təl-Əviv rəhbərliyinin də Ramazan ayının gəlişini əsas gətirərək Qüds şəhərinə minlərlə hərbi və polis bölməsi yerləşdirdiyi diqqətə çatdırılıb.

Həmçinin İsrailin İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 750-dən çox hərbi nəzarət məntəqəsi qurduğu bildirilib və İordan çayının qərb sahilindəki şəhər və qəsəbələrin girişlərindəki dəmir qapılar və maneələr də xatırladılıb.

Bəyanatda işğal altındakı Fələstin torpaqlarında bu cür tətbiqlərlə yeni gərginliklər hədəfləndiyi vurğulanıb və Fələstinin şəhər və qəsəbələrinin girişlərini bağlayan dəmir qapı və maneələrin heç bir təhlükəsizlik məqsədi daşımadığı vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər