Milli Məclisin deputatları növbədənkənar sessiyanın çağırılması ilə bağlı parlamentin sədrinə müraciət ünvanlayıblar. Qeyd edək ki, bu gün parlamentin yaz sessiyasının sonuncu plenar iclası baş tutacaq.
Xatırladaq ki, növbədənkənar sessiya Milli Məclisin yaz və payız sessiyaları arasındakı tətil dövründə xüsusi rejimdə fəaliyyətini nəzərdə tutur. Bu mexanizm dövlət üçün əhəmiyyət kəsb edən təxirəsalınmaz məsələlərin operativ şəkildə həlli məqsədilə tətbiq olunur. Konstitusiyaya uyğun olaraq, növbədənkənar sessiyanın çağırılması üçün ya Prezidentin, ya da Milli Məclisin 42 deputatının tələbi əsas şərtdir.