Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Avropa İttifaqı Ermənistanda yeni missiya yaradır: Məqsəd nədir?

2 dəq
Paylaş:
Avropa İttifaqı Ermənistanda yeni missiya yaradır: Məqsəd nədir?

Avropa İttifaqı Ermənistanda hibrid təhdidlərə qarşı mübarizə məqsədilə xüsusi missiya yaratmağa hazırlaşır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Aİ-nin siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas qurumun xarici işlər nazirlərinin iclası öncəsi açıqlama verib.

Onun sözlərinə görə, nazirlər Ermənistanla tərəfdaşlıq çərçivəsində yeni missiyanın yaradılması məsələsini razılaşdıracaqlar. Missiyanın əsas fəaliyyət istiqaməti ölkənin üzləşdiyi hibrid təhdidlərin qarşısının alınması olacaq.

Məlumata görə, Avropa rəsmilərinin “” ifadəsi ilə əsasən Rusiyanın regiondakı təsir imkanlarına qarşı mübarizəni nəzərdə tutduğu bildirilir. Yeni missiyanın Ermənistanın sahəsində imkanlarının gücləndirilməsinə yönələcəyi qeyd olunur.

Qeyd edək ki, Aİ-nin bu addımı Rusiya ilə bağlı yeni məsələsində qurum daxilində fikir ayrılıqlarının davam etdiyi bir vaxta təsadüf edir.

Xarici işlər nazirlərinin görüşündən əvvəl Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdıra bilməyib. Hazırlanan sənəddə Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən bütün hərbçilər üçün avtomatik viza qadağasının tətbiqi təklif edilirdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax