Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Avropa husilər üzərində Yaxın Şərq münaqişəsinə cəlb edilə bilər

2 dəq
Paylaş:
Avropa husilər üzərində Yaxın Şərq münaqişəsinə cəlb edilə bilər

Avropa liderləri Yəmənin Ənsar Allah (Husi) hərəkatının İranla birlikdə döyüşmək qərarının Avropa Birliyi üçün risklər yarada biləcəyindən narahatdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Brüsseldə "" portalı məlumat yayıb.

Nəşr bildirir ki, bu addım Avropa Birliyini regional münaqişəyə cəlb edə bilər.

Qeyd olunur ki, Aİ 2024-cü ilin fevral ayından etibarən dəniz regionunda Husi üsyançılarının hücumlarına cavab olaraq “” əməliyyatını həyata keçirir.

Məlumata görə, müxtəlif dövrlərdə əməliyyata Aİ-yə üzv ölkələrdən 3-6 hərbi gəmi – freqatlar, esminetslər və minaaxtaranlar cəlb olunub.

İki avropalı diplomatın sözlərinə görə, husilərin ABŞ və İsrail ilə qarşıdurmaya qoşulması Yaxın Şərqdəki onsuz da gərgin vəziyyəti daha da ağırlaşdıra bilər.

Brüsselin qiymətləndirməsinə görə, Ədən körfəzi və Qırmızı dənizdə ticarət gəmilərinə hücumların yenidən artması istisna edilmir və bu, ticarətə mənfi təsir göstərə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax