Operativ Məlumat Mərkəzi

Everestdə köməksiz qalan turistlər dağdan eniblər

1 dəq
Paylaş:
Everestdə köməksiz qalan turistlər dağdan eniblər
Britaniyanın ''The Guardian'' qəzetinin məlumatına görə, turistlər yaxınlıqdakı Qudan şəhərinə gətiriliblər. Xilasedicilər həmçinin dağda qalan digər –...

Çin Xalq Respublikasının Tibet Muxtar Bölgəsində yerləşən Everest dağında pis hava şəraiti səbəbindən dağda qapalı qalan 350 turist təhlükəsiz şəkildə aşağı enib.

"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, Britaniyanın ''The Guardian'' qəzetinin məlumatına görə, turistlər yaxınlıqdakı Qudan şəhərinə gətiriliblər.

Xilasedicilər həmçinin dağda qalan digər – 200-dən çox insandan ibarət qrupla da əlaqə yaradıblar. Onların da tezliklə bölgəyə göndərilən xilasedici qrupun rəhbərliyi ilə yamacdan endiriləcəyi bildirilib.

Qeyd edək ki, bölgədəki qeyri-sabit hava şəraiti son günlər turistlər üçün ciddi təhlükə yaradıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər