Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Avropa Komissiyası Ukraynanın dron istehsalına dəstəyi artırır

2 dəq
Paylaş:
Avropa Komissiyası Ukraynanın dron istehsalına dəstəyi artırır

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynanın dron istehsalı sahəsinə əlavə maliyyə ayrılacağını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə onun hesabında paylaşım edilib.

Məlumata görə, qərar Rusiyanın ərazisində dron istehsalı ilə məşğul olan müəssisələrə endirdiyi zərbələrdən sonra qəbul edilib.

Bildirilir ki, Avropa Komissiyası Ukraynanın müdafiə imkanlarını, xüsusilə pilotsuz uçuş aparatları sahəsində gücləndirmək üçün nəzərdə tutulan 90 milyard avroluq paketin ilk 4 milyard avroluq hissəsini Kiyevə təqdim edib.

Qeyd olunur ki, Ursula fon der Lyayen yaxın vaxtlarda əlavə maliyyə vəsaitlərinin də ayrılacağını bildirib.

Məlumata əsasən, o, Ankarada keçiriləcək NATO Zirvəsində Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi məsələsini gündəmə gətirəcəyini açıqlayıb.

Bildirilir ki, eyni zamanda Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzərində işlərin davam etdiyi qeyd olunub.

Qeyd olunur ki, daha əvvəl Ursula fon der Lyayen və NATO-nun Mark Rutte Avropanın ABŞ-dən asılılığının azaldılmasının vacibliyini vurğulamışdılar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax