Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Aİ SEPAH təşkilatını terror siyahısına saldı

2 dəq
Paylaş:
Aİ SEPAH təşkilatını terror siyahısına saldı

Avropa İttifaqı (Aİ) İranda nümayişçilərə qarşı tətbiq edilən qanlı repressiyalara cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) rəsmən təşkilatları siyahısına daxil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Aİ-nin siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabında bildirib.

Kaya Kallas bu addımı "qətiyyətli qərar" kimi qiymətləndirərək, zorakılığın cavabsız qalmayacağını vurğulayıb.

Kallas qeyd edib ki, bu təyinatla SEPAH "əl-Qaidə" və İŞİD kimi qruplaşmalarla eyni hüquqi statusa malik olacaq.

ABŞ-də İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin ("HRANA") son hesabatına görə, İrandakı ümummilli nəticəsində həyatını itirənlərin sayı 6 126 nəfərə çatıb.

Qeyd edək ki, İqtisadi böhran və milli valyutanın dəyərdən düşməsi səbəbindən Tehranın "Böyük Bazar"ında başlayan etirazlar qısa müddətdə ölkə miqyasına yayılıb. İranın "Tasnim" xəbər agentliyi Yəzd şəhərində iğtişaşların əsas təşkilatçısı hesab edilən 150-dən çox şəxsin saxlanıldığını açıqlayıb. Rəsmi Tehran isə itkilərlə bağlı rəqəmləri təkzib edərək, baş verənlərdə ABŞ və İsraili ittiham edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax