İyunun 20-də axşam saatlarında Estoniya sərhədçiləri Rusiya sərhədində Narva və İvanqorod arasında yerləşən Narva-1 keçid məntəqəsini vaxtından əvvəl bağlayıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.
Qeyd olunub ki, bu qərar uzun növbə səbəbindən verilib.
İlkin olaraq Rusiyaya getmək istəyən 500 nəfər körpünün üzərinə gəlib. İnsanların çox olduğu vaxt keçid məntəqəsi əvvəlcədən bağlanmalı idi.
ERR-ə görə, Estoniya hakimiyyət orqanları piyadaların Rusiya-Estoniya sərhədini keçmək imkanını erkən bağlamaq qərarına gəliblər, çünki onların fikrincə, Rusiya sərhəd nəzarətini həyata keçirməkdə ləng davranıb.
Bu kontekstdə Estoniya sərhədçiləri Estoniya tərəfində sərhəd keçidlərini tənzimləmək üçün sərhəd nəzarətindən daha az adamın keçməsinə icazə verməyə başlayıblar.