Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Aİ Ermənistanın Transxəzər planını dəstəklədi

2 dəq
Paylaş:
Aİ Ermənistanın Transxəzər planını dəstəklədi

Marşrutu (TBNM) Avropa üçün strateji əhəmiyyətə malikdir və Aİ Ermənistanın bu marşruta qoşulması səylərini dəstəkləyir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər veir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İrəvanda keçirilən Aİ- sammitinin yekunları üzrə Ermənistanın Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə birgə bəyanatla çıxışı zamanı bildirib.

"Biz Transxəzər dəhlizi kimi əsas nəqliyyat marşrutlarına inteqrasiyanızı dəstəkləyəcəyik. Regionlarımız arasında artan ticarət axınları nəzərə alınmaqla bu marşrut Avropa üçün də strateji əhəmiyyətə malikdir.

Buna görə də bu gün nəqliyyat üzrə yüksək səviyyəli dialoqu başladırıq, çünki nəqliyyat şəbəkələri rəqabətqabiliyyətliliyin hərəkətverici qüvvəsidir", - o bildirib.

Fon der Lyayenin sözlərinə görə, Aİ və Ermənistan dörd əsas istiqamətdə əməkdaşlığı inkişaf etdirəcək: qarşılıqlı əlaqə, enerji, rəqəmsallaşma, həmçinin iqtisadi dəstək və sosial dayanıqlılıq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax