Operativ Məlumat Mərkəzi

Ersin Tatar təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib

1 dəq
Paylaş:
Ersin Tatar təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, o, bu barədə rəsmi “X” hesabında yazıb.

“Bakı-Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradığını böyük kədərlə öyrəndim. Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm”, - paylaşımda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər