Operativ Məlumat Mərkəzi

Ermənistanın KTMT PA-dakı nümayəndələri Belarusda seçkiləri müşahidə etməkdən imtina ediblər

1 dəq
Paylaş:
Ermənistanın KTMT PA-dakı nümayəndələri Belarusda seçkiləri müşahidə etməkdən imtina ediblər
Ermənistan istisna olmaqla KTMT-nin bütün üzvləri seçkilərdə müşahidəçi qismində təmsil olunurlar. Ermənistanın seçkilərdə müşahidəçi qismində iştirak...

Ermənistanın KTMT Parlament Assambleyasında (PA) nümayəndələri Belarusda keçirilən parlament seçkilərinə müşahidəçi qismində getməyiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya KİV-inə istinadən xəbər verir ki, Ermənistan istisna olmaqla KTMT-nin bütün üzvləri seçkilərdə müşahidəçi qismində təmsil olunurlar.

Ermənistanın seçkilərdə müşahidəçi qismində iştirak etmədiyinin səbəbi açıqlanmayıb.

Qeyd edək ki, bu Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl “France24” telekanalına müsahibəsində ölkəsi ilə bağlı kollektiv təhlükəsizlik sazişinin yerinə yetirilmədiyini, buna görə də İrəvanın KTMT-dəki iştirakını dondurduğunu bildirib.

Rəsmi Moskva isə bu bəyanatla bağlı İrəvandan izahat tələb edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər