Operativ Məlumat Mərkəzi

Ermənistandan sərhəddə baş verən hadisəyə reaksiya

1 dəq
Paylaş:
Ermənistandan sərhəddə baş verən hadisəyə reaksiya

Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi sərhəddə azərbaycanlı hərbçinin yaralanması barədə məlumatı araşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan hərbi idarəsinin bəyanatında deyilir.

“Ermənistan və Azərbaycan dövlət sərhədində erməni sərhədçiləri tərəfindən atəş açılması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır. Yuxarı komandanlığın yazılı əmrlərində hərbi qulluqçunun vəziyyəti qiymətləndirərək atəş açmaq barədə qərar qəbul edə biləcəyi və ya borclu olduğu hallar aydın şəkildə müəyyən edilir. Bu hal təsdiq olunarsa, əmrin pozulmasına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq”, - bəyanatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər