Operativ Məlumat Mərkəzi

Ankarada Ermənistan və Türkiyə XİN başçılarının təkbətək görüşü başlayıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Ankarada Ermənistan və Türkiyə XİN başçılarının təkbətək görüşü başlayıb - YENİLƏNİB

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada təkbətək görüş keçirir.

"Operativ Məlumat Mərkəzi - OMM" Armenpress-ə istinadən xəbər verir ki, təkbətək görüşdən sonra iki tərəf geniş tərkibdə danışıqlar aparacaq, daha sonra nazirlər bəyanatla çıxış edəcəklər.

Daha sonra Ermənistan XİN başçısı Ararat Mirzoyan zəlzələdən ən çox zərər görmüş və ermənistanlı axtarış-xilasetmə qrupunun üzvlərinin fəaliyyət göstərdiyi Adıyaman vilayətinə gedəcək.

12:00 ***

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə səfərdədir.

"Operativ Məlumat Mərkəzi - OMM"-nin xəbərinə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Nümayəndə heyətinin tərkibində Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə danışıqlarda Ermənistanın xüsusi təmsilçisi, parlamentin sədr müavini Ruben Rubinyan da var.

Məlumata görə, A.Mirzoyan Türkiyənin Adıyaman bölgəsində axtarış-xilasetmə əməliyyatında iştirak edən Ermənistanın xilasetmə qrupu ilə görüşəcək.

Bildirilib ki, səfər çərçivəsində Mirzoyanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da qəbul edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər