Londonda altıncı Ermənistan-Britaniya strateji müdafiə məsləhətləşmələri keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşün yekunlarına əsasən, iki ölkə arasında 2023-2024-cü illərdə müdafiə sahəsində əməkdaşlıq Proqramı imzalanıb.
Danışıqlar zamanı regional və müdafiə məsələləri, beynəlxalq təhlükəsizlik, ikitərəfli əməkdaşlıq müzakirə olunub.
Tərəflər hərbi əməkdaşlığın perspektivlərini nəzərdən keçirərək, bir sıra yeni istiqamətlər üzrə qarşılıqlı fəaliyyət potensialını qeyd ediblər.
İrəvanda yeddinci məsləhətləşmənin keçirilməsi barədə razılıq əldə olunub.