Əsas məzmuna keç

Mirzoyan Skopyeyə səfərə yollanıb

Mirzoyan Skopyeyə səfərə yollanıb

Ermənistanın naziri Şimali Makedoniyanın paytaxtı Skopyeyə işgüzar səfərə yollanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-inə istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, səfər noyabrın 29-dan dekabrın 1-dək davam edəcək. A.Mirzoyan XİN başçılarının iclasında iştirak edəcək.

Ermənistanın xarici işlər nazirinin digər ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.

Qeyd edək ki, ATƏT XİN başçılarının iclası noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…