Operativ Məlumat Mərkəzi

Ermənistan Türkiyə ilə sərhəd nəzarət məntəqəsinin tikintisini başa çatdırıb

1 dəq
Paylaş:
Ermənistan Türkiyə ilə sərhəd nəzarət məntəqəsinin tikintisini başa çatdırıb
bu barədə Ermənistanın torpaq idarəçiliyi və infrastruktur naziri David Xudatyan brifinqdə bildirib. "Biz respublikanın baş naziri ilə bu sərhəd-keçid...

Ermənistan Türkiyə sərhədində Marqara sərhəd qapısının tikintisini başa çatdırıb və sərhədi açmağa hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın torpaq idarəçiliyi və infrastruktur naziri David Xudatyan brifinqdə bildirib.

"Biz respublikanın baş naziri ilə bu sərhəd-keçid məntəqəsində olduq. Tikinti işləri başa çatıb və buraxılış məntəqəsi açılmağa hazırdır. Sərhədin açılması məsələsi siyasidir və təkcə Ermənistanın mövqeyindən asılı deyil", - o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər