Ermənistan regionda sülh prosesinə sadiq deyil - Deputatdan açıqlama

Ermənistan regionda sülh prosesinə sadiq deyil - Deputatdan açıqlama
18.07.2024 20:29
Aa
dəq

“Böyük Britaniyada “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində Azərbaycan və Ermənistan arasındakı görüşün baş tutmaması Ermənistanın sülh prosesində həvəsli və qətiyyətli olmamasının göstəricisidir”. 

Bunu deputat Bəhruz Məhərrəmov "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlaması zamanı bildirib.

Deputatının sözlərinə görə, Paşinyanın Londonda İlham Əliyev ilə görüşdən imtinası sülh gündəliyindən geri çəkilmək kimi qiymətləndirilir. Hazırda Azərbaycan və Ermənistan arasında yekun və dayanıqlı sülh üçün unikal imkan mövcuddur və iki ölkə arasında mövcud sülh danışıqları qarşısında faktiki olaraq obyektiv və dövlətlərin maraqlarına uyğun olmayan heç bir əngəl qalmayıb. Lakin görünən odur ki, ortada ciddi nəticələrin və unikal fürsətlərin olmasına baxmayaraq Ermənistan hələ də özünün revanşist niyyətlərindən əl çəkməyib:

“Digər tərəfdən Ermənistanın xarici siyasət kursu hələ də bölgədə münaqişələrə özünün maraqlarının təmini üsulu kimi baxan qərb imperialistlərinin diqtəsindən azad ola bilməyib. Belə olduğu təqdirdə əlbəttə ki, hər gecikən günə görə Ermənistan məsuliyyət daşıyır. Azərbaycan Prezidenti də bəyan etdi ki, Ermənistanla sülh prosesi Azərbaycan üçün sonuncu xüsusi priotertlərdən biridir. Bizim üçün daha önəmli məsələ var. Ermənistan sülh istəyəcəksə, sülh olacaq, istəməyəcəksə sülh olmayacaq”.

B.Məhərrəmov deyir ki, biz bütövlükdə regionda əməliyyat şəraitinə tam olaraq nəzarət edirik və indiki məqamda sülh yolu ilə əldə edəcəyimiz bütün üstünlüklərə sahibik. Bu gün Ermənsitan qeyri proqmatik davranışları ilə sülh prosesini ləngidirsə, yalnız və yalnız özünün fiyaskosunun əhatəsini daha da dərinləşdirir. Bu mənada Azərbaycan Paşinyanın görüşdən imtinasından hansısa formada heçnə itirmir. İtirən Ermənistandır. Bu bir daha onu göstərir ki, Ermənistan regionda sülh prosesinə sadiq deyil.

Mədinə Useynova

Bəhruz Məhərrəmov: Prezident yeni dövr üzrə prioritetlərimizi müəyyən etdi

Həftənin ən çox oxunanları

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır
DAVAMIN OXU davamın oxu

Bu məhsulların qiyməti kəskin azaldı - AÇIQLAMA

Bu məhsulların qiyməti kəskin azaldı - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Azərbaycanda "Formula 1"-in keçirilməsi sabitliyin bariz nümunəsidir - AÇIQLAMA

Azərbaycanda
DAVAMIN OXU davamın oxu