Operativ Məlumat Mərkəzi

Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib

2 dəq
Paylaş:
Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib
bu barədə Ermənistan KİV-i məlumat yayıb. Qanunverici orqanın 60 deputatı layihənin lehinə, 22-si əleyhinə səs verib. Layihənin təsdiqlənməsi üçün 54...

Ermənistan parlamenti Roma Statutunu qeyd-şərtsiz ratifikasiya edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qanunverici orqanın 60 deputatı layihənin lehinə, 22-si əleyhinə səs verib. Layihənin təsdiqlənməsi üçün 54 səsə ehtiyac var idi.

Sənədi yaxın vaxtlarda ölkə prezidenti Vaaqn Xaçatryan imzalamalıdır. Sənəd dövlətdaxili prosedurlar başa çatdıqdan 60 gün sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Ermənistanda Roma statutu təsdiqlənəcəyi təqdirdə, Rusiya Prezidenti Vladimir Putin Ermənistana gedərsə həbs olunmalıdır.

Rusiya XİN bəyan edib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq.

Nazirlikdən qeyd edilib ki, İrəvanın Roma Statutunu ratifikasiya etməsindən sonra V.Putinin Ermənistana səfərini təsəvvür etmək çətin olacaq.

Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər