Əsas məzmuna keç

Ermənistan – Gürcüstan sərhədində 5,1 bal gücündə zəlzələ olub

Ermənistan – Gürcüstan sərhədində 5,1 bal gücündə zəlzələ olub

bu barədə Gürcüstan Seysmik Monitorinq Mərkəzinin rəhbəri Tea Godoladze məlumat verib. Bildirilir ki, zəlzələnin episentri Spitak yaxınlığında,...

Martın 8-də səhər saatlarında Ermənistanda 5,1 bal gücündə zəlzələ baş verib. sərhədindən 24 kilometr məsafədə qeydə alınıb və Gürcüstan əhalisi də zəlzələni hiss edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Mərkəzinin rəhbəri Tea Godoladze məlumat verib.

Bildirilir ki, zəlzələnin episentri yaxınlığında, Pan-Baxsevan zonasında yerləşir. Ərazi Gürcüstanın Dmanisi bələdiyyəsinə yaxın olduğu üçün bu bölgədə də təşviş yaradıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yeraltı təkanlar Lori, Tavuş və Şirak rayonlarında 4-6 bal, Kotayk, Geqarkunik və Araqatsotn rayonlarında isə 2-4 bal, Spitak, Stepanavan və Lori vilayətinin Vanadzor şəhərlərində 2-3 bal gücündə olub.

Günorta saatlarına qədər bir neçə afterşok qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…