Operativ Məlumat Mərkəzi

Erməni terroru nəticəsində həlak olan polis Asim Camalzadə ilə vida mərasimi keçirilib

1 dəq
Paylaş:
Erməni terroru nəticəsində həlak olan polis Asim Camalzadə ilə vida mərasimi keçirilib

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis Asim Knyaz oğlu Camalzadə ilə vida mərasimi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" məlumat verir ki, Asim Camalzadə ilə vida mərasimi onun yaşadığı evdə - Sumqayıt şəhər 20-ci mikrorayon ev 54-ün qarşısında olub.

Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, DİN-in əməkdaşlarıSumqayıtşəhər hüquq-mühafizə orqanlarının əməkdaşları,şəhər ictimaiyyətinin təmsilçiləri iştirak edib.Vida mərasimindən sonra şəhidimiz dəfn olunması üçün Sumqayıt Şəhidlər Xiyabanına aparılıb.Dəfn Mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri,qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər