Operativ Məlumat Mərkəzi

Erməni politoloq: Ermənistan Ukraynaya çevriləcək

1 dəq
Paylaş:
Erməni politoloq: Ermənistan Ukraynaya çevriləcək
o, bu məsələdə Qərbi və Ermənistan baş naziri Nikol Paşinyanı ittiham edib. “Onlar Ermənistanı Ukraynaya çevirmək istəyirlər. Bu isə o deməkdir ki,...

Ermənistan parlamentinin keçmiş vitse-spikeri, politoloq Eduard Şarmazanov ölkəsinin Ukraynaya çevriləcəyi barədə xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Aysor”a istinadən xəbər verir ki, o, bu məsələdə Qərbi və Ermənistan baş naziri Nikol Paşinyanı ittiham edib.

“Onlar Ermənistanı Ukraynaya çevirmək istəyirlər. Bu isə o deməkdir ki, dövlətimiz anti-Rusiya tramplininə çevriləcək, suverenliyini itirə, yeni ərazi və insan itkiləri verə bilər”, - E.Şarmazanov söyləyib.

Siyasətçi, həmçinin N.Paşinyanı Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə müqayisə edib: “Onları birləşdirən nədir? Qərbə sevgi, Rusiyaya nifrət. Onlar itkiyə səbəb olmaqla seçilirlər. Bir şey aydındır: ölkəmiz Paşinyandan xilas olmalıdır. Əks halda pis sürprizlər olacaq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər