Erməni jurnalistlərin Azərbaycana hansı qaydalar əsasında səfər edə biləcəklərinə aydınlıq gətirilib

Erməni jurnalistlərin Azərbaycana hansı qaydalar əsasında səfər edə biləcəklərinə aydınlıq gətirilib
19.07.2023 16:31
Aa
dəq

Azərbaycan Xarici İşlər Nazirliyi və Mətbuat Şurası Ermənistan media nümayəndələrinin hansı qaydalar əsasında Azərbaycana səfər edə biləcəklərinə aydınlıq gətirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirlikdə keçirilən brifinqdə jurnalistlərin sualına cavab verən Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsələr, bu sahədə problem olmaz.

Onun sözlərinə görə, müxtəlif dövrlərdə Tbilisidə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşləri təşkil edilib.

Torpaqlarımız işğaldan azad ediləndən sonra artıq yeni şərait yarandığını söyləyən Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycan qanunları çərçivəsində Azərbaycana gəlmək istəyən Ermənistan jurnalistləri üçün qapı açıqdır: “Ermənistan jurnatistləri Azərbaycana səfər etmək istəsələr, bu sahədə problem olmaz”.

XİN-in mətbuat katibi Ayxan Hacızadə isə deyib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı xarici nümayəndə heyətlərinin tərkibində erməniəsilli jurnalistlər də olur: “Bütün səfər edənlərin Azərbaycan qanunlarına hörmət etməsi zəruri amillərdəndir. Bu istiqamətdə növbəti illərdə müsbət addımların atılması gözlənilir”.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu