Əsas məzmuna keç

Ərəbistan klubu Messiyə 1,2 milyard avroluq müqavilə təklif edib

Ərəbistan klubu Messiyə 1,2 milyard avroluq müqavilə təklif edib

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu PSJ-nin hücumçusu Messini heyətinə qatmaq istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.

Mənbənin məlumatına görə, "Əl-Hilal" argentinalıya 2 illik müqavilə və 1,2 milyard avro maaş təklif edib.

Messinin agenti olan atası Xorxenin təklifi qəbul etdiyi qeyd edilir.

Xatırladaq ki, Messinin parislilərlə müqaviləsi bu yay başa çatır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…