Operativ Məlumat Mərkəzi

Ərdoğanla Şolts arasında telefon danışığı olub

1 dəq
Paylaş:
Ərdoğanla Şolts arasında telefon danışığı olub
telefon danışığı zamanı ikitərəfli münasibətlər, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub və bu sahələr üzrə əməkdaşlığın...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub və bu sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Rusiyada baş verən son hadisələrin müzakirə olunduğu telefon danışığı zamanı İsveçin NATO-ya üzvlüyü məsələsinə də toxunulub.

Ərdoğan bildirib ki, İsveç terrorla mübarizə istiqamətində düzgün addımlar atsa da, İsveçdə PKK/YPG tərəfdarları sərbəst şəkildə terroru dəstəkləyən nümayişlər keçirməyə, insanları qətlə yetirməyə və terror təşkilatlarına maliyyə vəsaiti ayırmağa davam edir. Bu vəziyyət Türkiyə üçün qəbuledilməzdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər