Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" yerli KİV-ə istinadən xəbər verir ki, Ərdoğanın səfəri zamanı Ankara və Budapeşt arasında 16 saziş imzalanacaq.
Sazişlər iqtisadiyyat, ticarət, müdafiə sənayesi, enerji və mədəniyyət sahələrini əhatə edəcək.