Operativ Məlumat Mərkəzi

Ərdoğan Yunanıstana səfər edəcək, 20 saziş imzalanacaq

1 dəq
Paylaş:
Ərdoğan Yunanıstana səfər edəcək, 20 saziş imzalanacaq

Yunanıstan və Türkiyə dekabrın 7-də Afinada keçiriləcək Ali Əməkdaşlıq Şurasının iclasında ən azı 20 saziş imzalayacaqlar.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Yunanıstan dövlət televiziyası ERT məlumat yayıb.

Qeyd edilib ki, Yunanıstan Baş naziri Kyriakos Mitsotakis və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Yunanıstan və Türkiyə Ali Əməkdaşlıq Şurasının Beşinci İclası Afinada iki ölkənin bir sıra nazirlərinin iştirakı ilə keçiriləcək.

Ərdoğanın səfəri zamanı ciddi təhlükəsizlik tədbirləri görüləcək.

Ərdoğan bildirib ki, Yunanıstana qarşıdakı səfərindən ikitərəfli münasibətlərdə "yeni eranın" başlamasını gözləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər