“Gələcək dövrdə prioritetimiz fevralın 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırmaq, dağılmış şəhərlərimizi bərpa etməkdir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının seçki platforması və millət vəkilliyinə namizədlərinin ictimaiyyətə təqdim olunması mərasimində deyib.
Onun sözlərinə görə, vətəndaşlarının can və mal təhlükəsizliyi hakimiyyət üçün ən vacib məqamdır: “Şəhərlərimizi təbii fəlakətlərə qarşı daha hazırlıqlı vəziyyətə gətirməyə çalışacağıq”.