Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalı ilə birlikdə zəlzələnin fəsadlar törətdiyi Osmaniyə şəhərinə gedib.
"Operativ Məlumat Mərkəzi-OMM" “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, onlar Osmaniyədən Qaziantepə gedəcək.
Ərdoğanın zəlzələdən əziyyət çəkən vətəndaşlarla görüşü gözlənilir.