Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ərdoğan: Türkiyə Avropa müdafiə sisteminə daxil edilməlidir

2 dəq
Paylaş:
Ərdoğan: Türkiyə Avropa müdafiə sisteminə daxil edilməlidir

Avropanın Türkiyəni mexanizmlərinə daxil etməsi zəruridir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Prezidenti Rəcəb Tayyib bildirib.

Ərdoğan Efiopiyadan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında qeyd edib ki, Türkiyə illərdir bütün platformalarda Avropa İttifaqına bir çox müsbət töhfələr verə biləcəyini bəyan edir.

“Türkiyənin Avropanın mövcud müdafiə və təhlükəsizlik mexanizmlərinə daxil edilməsinin vaxtı çoxdan çatıb. Dünya dəyişir və Avropa İttifaqı bu sürətli transformasiya dövründə nə qədər dar bir gündəmin əsiri qala bilər? Bu, ağlasığmazdır. Düzgün seçim Türkiyənin Avropaya inteqrasiyasına qarşı ideoloji maneələri aradan qaldırmaq və Avropanın potensialını gücləndirmək olardı”, – deyə Türkiyə lideri vurğulayıb.

Onun sözlərinə görə, Türkiyəni kənarda qoyan və qlobal reallıqları görməzdən gələnlər sonda mövqelərinin irrasional olduğunu etiraf etməlidirlər.

Ərdoğan hesab edir ki, Türkiyənin iştirakı olmadan Avropada yeni müdafiə arxitekturası yaratmaq cəhdləri yetərli olmayacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax