Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan böyük heyətlə Suriyaya səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, Türkiyə Suriyanın yeni administrasiyası ilə sıx əlaqələr saxlayır və ona hər cür dəstəyi verəcək.