Operativ Məlumat Mərkəzi

Ərdoğan sabah Şimali Kiprə səfər edəcək

1 dəq
Paylaş:
Ərdoğan sabah Şimali Kiprə səfər edəcək
bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhənəddin Duran sosial media səhifəsində bildirib. Məlumata...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 20-də Şimalı Kipr Türk Respublikasına (ŞKTR) səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhənəddin Duran sosial media səhifəsində bildirib.

Məlumata görə, Ərdoğan Sülh və Azadlıq Bayramı Kipr Sülh Əməliyyatının 51-ci ildönümü münasibətilə keçiriləcək mərasimlərə qatılacaq.

Bildirilib ki, Prezident Ərdoğan ziyarət çərçivəsində ŞKTR Prezidenti Ersin Tatarla görüşəcək, Türkiyənin töhfələri ilə həyata keçiriləcək bəzi layihələrin təməlqoyma və açılış mərasiminə qatılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər